“Kiyev”, “Leninqrad” lahiyəli yarım əsrlik mənzillər – QİYMƏTLƏR

Kiyev və Leninqrad proyektləri Kiyevdə və keçmiş Leninqrad indiki Sankt-Peterburq şəhərində var? və ya ümumiyyətlə tikilib? Bəli var. Bu lahiyələr 1970-ci illərin sonlarından Azərbaycanda da tətbiq olunub. Hər iki lahiyə adı çəkilən şəhərlərdə inşa olunan lahiyələrə uyğun olduğundan bu cür adlanır-deyə Fins.az –a açıqlaması zamanı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.

Misal üçün Xruşov lahiyəsi Sov.İKPMK Baş katibi Nikita Serqeyeviç Xruşşovun dövründə inşa edildiyindən bu ad ilə adlandırılıb. Stalinka lahiyələri isə İosif Stalinin şərəfinə bu cür adlandırılıb. Sankt-Peterburqda köhnə lahiyələrdən hələ də qalmaqdadır. Azərbaycanda Kiyev və Leninqrad proyektli evlərin sayı elə də çox olmasa da amma hələ də var. Ölkəmizdə daha çox xruşovka lahiyəli binalara gəlmək olur.

Leninqrad lahiyəli mənzillərdə qonaq otağı Kiyev proyektli evlərdən daha genişdir. Hündürlük ölçüləri 2.80 sm-dir. Kiyev proyektlərində də bu belədir. Amma Kiyev lahiyələrində mətbəx nisbətən genişdir amma qonaq otağı kiçikdir. Sanuzel qovşağı kiçikdir. Leninqrad proyektli mənzillərdə qonaq otağının ölçüsü 18.6 kv metrdi Kiyevski proyektlərdə isə bu ölçü 17.4 kv metrdi. Eyni zamanda Leninqrad lahiyəli mənzillərdə eyvanların sayı daha çox və daha genişdir. Həmçinin Leninqrad proyektlərin daşdan tikilmiş 5 mərtəbəli binalarda da var.

Bu mənzillərin qiyməti ərazidən asılı olaraq dəyişir. Bu iki tip mənzillərin arasında 5 min manat fərq var. Leninqrad proyektli evlər daha bahadır.

Misal üçün Əhmədli metrosunun ətrafında 3 otaqlı Kiyev lahiyəli mənzilin qiyməti 80-82 min manatdır. Leninqrad lahiyəli mənzil isə bundan 5 min manat bahadır.

2018-10-06T00:26:25+04:00