Haqqımızda 2018-10-29T22:19:57+04:00

“UNİPRİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında məlumat

“UNİPRİCE” MMC daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, digər əmlak subyektlərinin (bütün növ daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qızıl-zinət əşyalarının, nəqliyyat vasitələrinin və s.) qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəssislər (ekspertlər) tərəfindən təsis edilib və dövlət qeydiyyatından keçirilib. Nizamnaməsinə uyğun olaraq qiymətləndirmə, əmtəəşünaslıq, tikinti-texniki ekspertizası, konsaltinq və kompleks marketinq sahəsində fəaliyyət göstərir.

Fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (MQS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir.

Fəaliyyət istiqamətləri

Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi və ekspertizası:

* Məhkəmə mübahisələri zamanı qiymətləndirmə (rəy və arayışlar);

* Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi;

* Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi;

* İstehsal, ticarət, sənaye və s. təyinatlı obyektlərin qiymətləndirilməsi;

* Sığorta olunan əmlakların qiymətləndirilməsi;

* Beynəlxalq Maliyyə Hesabatları Standartına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi;

* Əsas fondların yenidən qiymətləndirilməsi;

* Girov götürülən əmlakların ədalətli dəyərlə qiymətləndirilməsi;

* Torpaq sahələrinin qiymətləndirilməsi;

* İpoteka predmetinin qiymətləndirilməsi;

* Biznesin, investisiya layihələrinin qiymətləndirilməsi;

* Balansa götürmə və balansdan çıxarma üzrə qiymətləndirmə;

* Qızıl-zinət əşyalarının qiymətləndirilməsi;

* Avtonəqliyyat vasitələrinin və digər nəqliyyat vasitələrinin (vaqonlar, gəmilər və s.) qiymətləndirilməsi:

* Söküntü və təmir-bərpa işləri üzrə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üzrə qiymətləndirmə;

* İxtisaslaşmış avadanlıq və ötürücü qurğuların, qeyri-maddi aktivlərin qiymətləndirilməsi;

* Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi və s.

* Dövlət registrinə daxil edilməsi məqsədilə əmlakın qiymətləndirilməsi və s.

Ünvan: Azərbaycan Respublikası, AZ 1154,

Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi 2, mənzil 82

Əlaqə telefonları:

iş: +994 12 567 75 09;

mob: +994 50 333 34 48.

Direktor: Qasımzadə Ramil Çingiz oğlu