Haqqımızda 2026-09-03T01:01:20+04:00

“UNİPRİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında məlumat

 

“UNİPRİCE” MMC daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, digər əmlak subyektlərinin (bütün növ daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qızıl-zinət əşyalarının, nəqliyyat vasitələrinin, bioloji aktivlərin, təbii sərvətlərin və s.) qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəssislər (ekspertlər) tərəfindən təsis edilib və dövlət qeydiyyatından keçirilib. Nizamnaməsinə uyğun olaraq qiymətləndirmə, əmtəəşünaslıq, tikinti-texniki ekspertizası, bazar araşdırmaları , konsaltinq və kompleks marketinq sahəsində fəaliyyət göstərir.

Fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (MQS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir.